EN

Azərbaycan klubu ev oyunlarını bu stadionda keçirəcək

style='margin-bottom:10px;'>

Azərbaycan 2-ci liqasında mübarizə aparan "Şəki Siti" komandası bir müddət Şəkidə çıxış edə bilməyəcək.

QOL.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Məlumatda bildirilib ki, bölgə təmsilçisi ev matçlarını Zaqatalada oynamalı olacaq: "Şəki şəhər stadionu Peşəkar Futbol Liqasının təftiş qrupu tərəfindən qəbul edilənə qədər “Şəki Siti” ev oyunlarını Zaqatala OİK stadionunda keçirəcək".

Qeyd edək ki, sözügedən komanda hazırda 2-ci liqada 26 xalla 4-cüdür.

Chosen
19
2
teleqraf.com

3Sources