EN

Caner Erkin I Liqa klubundan ayrılıb

Türkiyə millisinin və “Fənərbağça”nın sabiq futbolçusu Caner Erkin “Sakaryaspor”dan ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

37 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Caner Erkin mövsümün əvvəlində transfer olduğu “Sakaryaspor”un heyətində intizamsız davranışları səbəbindən ümumilikdə 4 oyunda qırmızı vərəqə alaraq meydandan qovulub.

Chosen
10
2
yeniazerbaycan.com

3Sources