EN

Kolumbiyalı futbolçu Azərbaycan klubuna keçdi

“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan Bakıvaxtı.az-a bildirilib ki, kolumbiyalı yarımmüdafiəçi Faxardo Hernandes transfer olunub. 19 yaşlı futbolçu ilə 2,5+1 illik müqavilə imzalanıb.

Faxardo Hernandes Kolumbiyada gənc istedadların yetişdirilməsi ilə tanınan “Deportivo Marakaneyro” futbol məktəbinin yetirməsidir.

Chosen
2
7
bakivaxti.az

10Sources