Bakı. Trend:
Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarüküçərçivəsində növbəti yanacaq partiyası yola salınır.
Trend-inməlumatına görə, 4500 ton dizel yanacağının bu ölkəyə göndərilməsinəzərdə tutulur.
Belə ki, qeyd edilən həcmdə dizel yanacağı bu gün - dəmir yoluilə Azərbaycandan göndərilir.
Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidentiİlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuatabirgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuşErmənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradanqaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstantaxılının Ermənistana tədarükü olduğunu bildirib.
Qeyd edək ki, 2025-ci ilin dekabrın 18-də Azərbaycan Dövlət NeftŞirkəti (SOCAR) Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobilbenzini göndərib.
9 yanvar 2026-cı ildə Ermənistana ümumilikdə 2 698 ton yük (48vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizelyanacağı yola salınıb.
Yanvarın 11-də isə bu ölkəyə 979 ton Aİ-92 markalı avtomobilbenzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib.
Xəbər yenilənəcək