EN

Mbappe ilə PSJ barışa bilmir

Kilian Mbappenin məhkəmədə PSJ-yə qalib gəldiyi məlumdu. Ulduz futbolçu ilə sabiq klubu arasında qarşıdurma davam edir.

"Football-plus.az" xəbər verir ki, PSJ hazırda “Real”ın formasını geyən Kiliana məhkəmə qərarı ilə çatmalı olan 6 milyon avronun bir hissəsini ödəyib. “Ekip” qəzetinin məlumatına görə, Paris klubu 27 yaşlı hücumçuya 4 milyon avroluq borcunu ünvanına çatdırıb.

Xatırladaq ki, bir müddət əvvəl əmək məhkəməsi PSJ-nin keçmiş oyunçusuna maaş və bonus borcları da daxil olmaqla 60,9 milyon avro ödəməsini tələb etmişdi. Fransa klubu isə artıq əsas ödənişi daha əvvəl edib. Lakin münaqişə heç də bununla bitməyib. Mbappe klubdan əlavə məbləğ də istəyib. PSJ rəhbərliyi iddia edir ki, oyunçuya tam ödəniş edib və məbləğdəki fərqi onun maaşından çıxılan sosial ödənişlərlə izah edib. Lakin Kilian bununla razılaşmayıb.

PSJ ilə Mbappe arasında münaqişə futbolçunun 2024-cü ilin yayında azad agent kimi “Real”a keçməsindən sonra yaranıb.

Chosen
36
1
football-plus.az

2Sources