EN

Donald Trampın qızıl medal ZARAFATI: “Qaytarmıram” – VİDEO

Tramp Olimpiya çempionunun qızıl medalını mənimsəyib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp ABŞ yığmasının hokkeyçisi ilə görüşü zamanı maraqlı və zarafatyana hərəkəti ilə diqqət çəkib.

Belə ki, dövlət başçısı idmançının qazandığı qızıl medalı boynuna asaraq sınaqdan keçirib, sonra isə onu sahibinə geri verməkdən imtina edib.

Medalı mənimsəyən Tramp gülümsəyərək: “Mən onu geri qaytarmayacağam”, — deyə bəyan edib.

Prezidentin bu gözənilməz reaksiyası ətrafdakılar arasında gülüşə səbəb olub.

Qeyd edək ki, Donald Tramp tez-tez idmançılarla görüşləri zamanı bu cür qeyri-rəsmi və yumoristik davranışları ilə gündəmə gəlir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
20
interpress.az

1Sources