EN

Fransada bələdiyyə seçkiləri ərəfəsində toyuq qalmaqalı

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paris, 25 fevral, AZƏRTAC

La Kurnöv şəhərində “Əyilməz Fransa” (LFI) partiyasından olan namizəd Ali Diuara Sosialist partiyasından olan namizədləri bələdiyyə seçkilərində dəstək müqabilində seçicilərə ərzaq bağlamaları və pul paylamaqda ittiham edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb. Yazılı açıqlamasında Ali Diuara bildirib ki, bir-birini təsdiqləyən bir neçə şahid ifadəsi ilə sübuta yetirilmiş faktlar mövcuddur. Onun sözlərinə görə, fevralın ortalarında La Kurnövdə yerləşən yaşayış massivlərindən birində bələdiyyə seçkilərində dəstək müqabilində toyuq əti paylanılıb.

O, həmçinin namizədlərin seçicilərlə görüşündə “20 və ya 30 avroluq zərflərin” təqdim edildiyini iddia edib.

LFI deputatı məsələ ilə bağlı Respublika prokuroruna və Seçki kampaniyası və siyasi maliyyələşmə üzrə milli hesablama komissiyasına (CNCCFP) müraciət etdiyini açıqlayıb.

Sosialist düşərgə isə bu iddiaları bələdiyyə seçkiləri ərəfəsində kampaniyanı zəiflətməyə yönəlmiş “destabilizasiya cəhdi” kimi qiymətləndirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
2
azertag.az

3Sources