Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 25 fevral, Anara Axundova, AZƏRTAC
“Nine Senses” incəsənət mərkəzində azərbaycanlı-amerikalı rəssam Vüqar Quliyevin “dönüş nöqtəsi” adlı sərgisi davam edir. Sərginin kuratoru Sofiya Frankdır.
AZƏRTAC-ın müxbiri ilə söhbətində rəssam bildirib ki, müasir dövrün problem və narahatlıqlarını yaradıcılıq vasitəsilə əks etdirmək olduqca vacibdir.
“Hazırda dünyada şəxsi xarakterli çoxsaylı problemlər mövcuddur. İnsan təbiətlə, ruhu ilə əlaqəsini itirib. Müasir dünya insanı hər gün daha çox özünə çəkir. Texnologiyaların inkişafı, müasir dünyada baş verən dəyişikliklər cəmiyyətə ciddi təsir göstərir ki, bu da narahatedici məqamdır”, – deyə həmsöhbətimiz vurğulayıb.
Rəssam əsərlərində zaman keçdikcə hadisələrin qavranılmasının necə dəyişdiyini, xatirələrin şəraitin, ideologiyaların və şəxsi yaşantıların təsiri altında necə transformasiyaya uğradığını araşdırır.
“Dönüş nöqtəsi” sərgisində “Nine Senses” məkanında yaddaşda dirçəldilən, yenidən dərk edilən, lakin unudulmayan vizuallaşdırılmış dönüş nöqtələr adlandırıla biləcək şəkillər təqdim etmişəm.
Çoxqatlı texnika, rənglərin kontrastı və nöqtələrin ritmi vasitəsilə xatirələrimizdə zamanın izini təsvir edirəm. Əsərlərim həm xronika, həm də düşüncədir”, – deyə Vüqar Quliyev qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.