EN

70 ci qol: 150 ci oyunda

ain.az bildirir, Sportal.az portalına istinadən.

Sabir Allahquliyev “Qaradağ Lökbatan”ın heyətində 70-ci qolunu vurub.

Sportal.az xəbər verir ki, bu, II Liqanın XV turuna təsadüf edib. 37 yaşlı hücumçu “Xankəndi” ilə görüşdə (1:2) hesabı açıb.

Lökbatan təmsilçisində 2013/14 mövsümündə debüt edən Sabir 70-ci qolunu 150-ci oyununda vurub. Onun orta məhsuldarlığı 0,47-yə bərabərdir.

Allahquliyev I Liqada 60 (128 oyunda), II Liqada 5 (14 oyunda), ölkə kubokunda 5 (8 oyunda) dəfə “Qaradağ Lökbatan” forması ilə fərqlənib.

Qeyd edək ki, Sabir Lökbatan klubunun heyətində 2021/22 mövsümündə 22 qolla I Liqanın bombardiri adını qazanıb.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
4
sportal.az

6Sources