Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
AzVision.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fevralın 27-si axşamdan martın 2-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, əsasən axşam və gecə saatlarında sulu qara keçəcəyi ehtimal olunur. Azərbaycanın rayonlarında isə fevralın 26-sı günün ikinci yarısından başlayaraq martın 2-dək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimalı var. Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.