EN

Ekaterinburqdan İstanbula uçan təyyarədə yanğın baş verib » AzadMedia.az


Ekaterinburqdan İstanbula uçan təyyarədə yanğına səbəb pauerbank (xarici akkumulyator) olub. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Ekaterinburqdan İstanbula gedən Airbus A320 tipli təyyarənin göyərtəsində yanğın baş verməsi barədə məlumatı fevralın 25-də reysi həyata keçirən "Ural Hava Yolları" aviaşirkətinin mətbuat xidməti təsdiqləyib.
Hadisə ötən bazar günü, fevralın 22-də baş verib.
Məlumata görə, yanğına sərnişinlərdən birinə məxsus pauerbank səbəb olub. Uçuş zamanı portativ şarj cihazından tüstü çıxmağa başlayıb. Cihazın sahibi olan kişi telefonu ondan ayırmağa çalışarkən barmağından yanıq xəsarəti alıb.
"Bort bələdçisi-təlimatçının operativ və peşəkar fəaliyyəti sayəsində cihazı söndürmək mümkün olub. Təyyarə uçuşu ştat rejimində davam etdirib və İstanbul hava limanına uğurla eniş edib" – deyə aviaşırtkətin mətbuat xidməti bildirib.
Xəsarət alan kişiyə tibbi yardım təklif olunsa da, o, bundan imtina edib.
Chosen
26
1
azadmedia.az

2Sources