EN

“Rusiyanın strateji hərbi zavodları vurulacaq” “Ukrayna öz ballistik raketlərinin sınaqları başlayıb”

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fevralın 21‐nə keçən gecə Ukrayna ordusunun Rusiya hərbi sənaye kompleksinin ən strateji obyektlərindən birini, Udmurtiyanın Votkinsk şəhərində yerləşən müəssisəni raketlə vurmasının videosu yayılıb.

Videoda raketin hədəfə dəydiyi görünür. Daha öncə yayılan peyk fotolarında isə müəssisənin damında 30×24 metr böyüklükdə dəlik açıldığı görünürdü və bu, raketin içəridə partladığını söyləməyə əsas verir.

Siyasi şərhçi Şahin Cəfərli bildirir ki, Votkinsk zavodunda “Yars” və “Topol M” qitələrarası ballistik raketləri, sualtı qayıqlardan buraxılan “Bulava” ballistik raketləri, “İsgəndər” operativ‐taktiki raket kompleksi üçün ballistik raketlər, “Kinjal” raketləri istehsal edilir.

““Oreşnik”in də burada hazırlandığı barədə məlumatlar var. Bu müəssisənin Rusiyada başqa bir analoqu yoxdur. Əlbəttə ki, bir zərbə ilə bu böyük müəssisəni məhv etmək mümkün deyil. Amma bu zərbənin istehsal prosesini müəyyən müddət ləngidəcəyi bildirilir”, - o əlavə edib.

Ekspert xatırladır ki, Ukrayna sərhədindən 1700 km aralıda yerləşən Votkinsk zavodu FP-5 (“Flaminqo”) qanadlı raketi ilə vurulub: “Döyüş başlığı 1150 kq olan bu raket 3000 km məsafədəki obyektlərə zərbə endirməyə imkan verir. “Flaminqo”nun çox aşağıdan, yerdən 20 km, hətta cəmi 10 km hündürlükdə uça bilməsi onun HHM radarları tərəfindən qeydə alınmasını çətinləşdirir. Onsuz da Rusiyanın əlində bütün ölkə ərazisini bağlayacaq qədər HHM vasitələri yoxdur və bu sahədə imkanlar sürətlə məhdudlaşır. Hazırda yalnız Moskva və Sankt‐Peterburqun hava məkanı yaxşı qorunur. Ukrayna ordusu istər işğal olunmuş ərazilərdə, istərsə Rusiya ərazisində HHM ovunu fasiləsiz davam etdirir. Məsələn, dünən Krımda S‐400 “Triumf” zenit‐raket kompleksi məhv edilib. Bonusolaraqbir “PantsirS1” qurğusudasıradan çıxarılıb”.

Ş.Cəfərli bildirir ki, hazırda Ukrayna ay ərzində 50‐yə qədər “Flaminqo” istehsal edir. Yaxın vaxtlarda bu miqdarı ayda 200 ədədə çatdırmaq planlaşdrılıb.

“Bundan başqa, Ukraynanın öz ballistik raketlərinin sınaqları başlayıb. Bunlar da yaxın vaxtlarda ordunun arsenalına daxil olacaq. Bu isə Votkinsk zavodu da daxil olmaqla. Rusiyanın strateji obyektlərinin daha dəqiq və intensivliklə vurulacağı deməkdir. Bu baxımdan ölkəsini çıxılmaza sürükləyən ağılsız diktator Putinin müharibəni davam etdirməsi Rusiya üçün yaxşı heç nə vəd etmir”, -siyasi şərhçi vurğulayıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
37
azpolitika.info

1Sources