EN

Prezident Bakı haqda: “Tıxac, toz torpaq, külək…” VİDEO

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı, birinci xanım və qızları Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb söhbət ediblər.Kişi sakin: 35 ildir gözləyirdik.Prezident İlham Əliyev: Harada yaşamısınız işğal dövründə?Kişi sakin: Şəhər tərəfdə.Prezident İlham Əliyev: Bakıda?Kişi sakin: Bakıda. Onun havasından qurtardıq, tıxacdan qurtarmışıq.Prezident İlham Əliyev: Tıxac, toz-torpaq, külək. Siz harada yaşamısınız işğal dövründə?Kişi sakin: Ağcabədidə.Qadın sakin: Ağcabədidə ona görə yaşamışıq ki, Qarabağa yaxındır, 50 kilometr, tez qayıtmaq üçün.Prezident İlham Əliyev: Hə, buradan çıxanda Ağcabədiyə köçdünüz?Qadın sakin: Bəli, elə əvvəldən Ağcabədidə olmuşuq.Prezident İlham Əliyev: Orada şərait necə idi?Qadın sakin: Yaxşı idi, amma bilirdik ki, nə vaxtsa qayıdacağıq.Digər qadın sakin: Torpağımızın yerini heç nə vermir.Prezident İlham Əliyev: Əlbəttə.Qadın sakin: Dərman atanlar da dərman atmır buraya gələndən.Prezident İlham Əliyev: Bax, burada hava dərmandır.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
12
bizim.media

10Sources