EN

Atasının sərtliyinə dözməyən yeniyetmə QATİLƏ ÇEVRİLDİ

Leninqrad vilayətində 15 yaşlı yeniyetmə atasını hamamda bıçaqlayaraq öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın Leninqrad vilayətində sarsıdıcı ailə faciəsi baş verib. 15 yaşlı oğlan mübahisə zəminində atasını qətlə yetirib.

Məlumata görə, hadisə hamamda baş verib. Yeniyetmə ilə atası arasında yaranan münaqişəyə səbəb valideynin övladına qarşı həddindən artıq sərt davranması və tətbiq etdiyi qatı tərbiyə üsulları olub.

Mübahisə zamanı yeniyetmə bıçaqla atasının arteriya damarına bir zərbə endirib. Kişi aldığı ağır xəsarət nəticəsində hadisə yerindəcə kəskin qanitirmədən dünyasını dəyişib.

Rusiya İstintaq Komitəsi faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlayıb. Həddi-büluğa çatmayan şübhəli şəxs artıq saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
27
interpress.az

1Sources