EN

Braziliyada leysan yağışlar faciəyə səbəb oldu FOTOLAR

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Minas-Jerays ştatında bir neçə gündür davam edən leysan yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət artıq, 30 nəfərin həyatına son qoyub.

45 nəfərin itkin düşdüyü bildirilir. 440  nəfər evsiz-eşiksiz qalıb. 3 mindən çox insan isə təhlükəsiz ərazilərə təxliyə olunub.

Juis-di-Fora əyalətində fövqəladə vəziyyət elan edilib. Bura aylıq normadan 2,7 dəfə çox yağıntı düşüb. Məktəblərdə tədris dayandırılıb. 

Ştat ərazisində onlarla bina dağılıb. Axtarış-xilasetmə tədbirlərinə hərbçilər də qoşulub. 

Yerli mətbuatın yazdığına görə, bu əməliyyatlar zamanı dağıntılar altından 13 nəfər sağ çıxarılıb.

Yeri gəlmişkən, Braziliya höküməti evsiz-eşiksiz qalanlara və evlərini tərk edənlərə hələlik 800 rial həcmində yardım veriləcəyini bildirib.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
38
525.az

1Sources