EN

Britaniyanın səfiri Gürcüstan XİN-ə çağırılıb

BAKI, 26 fevral. TELEQRAF

Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord gürcü telekanalları "Imedi TV" və "POSTV"yə qarşı sanksiyalarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “Rustavi 2” telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord yaxın vaxtda XİN-ə dəvət olunacaq və ondan sözügedən telekanallara qarşı sanksiya qərarının hansı əsaslara söykəndiyi barədə izahat tələb ediləcək.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya hakimiyyəti gürcü telekanalları "Imedi TV" və "POSTV"ni sanksiya siyahısına daxil edib.

Chosen
45
teleqraf.com

1Sources