EN

“Yuventus” azlıqda “Qalatasaray”ı məğlub etdi, amma 1/8 finala yüksələ bilmədi

2025/26-cı il mövsümündə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Yuventus" (İtaliya) və "Qalatasaray" (Türkiyə)  arasında keçirilən cavab qarşılaşması başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “Yuventus” doğma meydanda "Qalatasaray" ilə üz-üzə gəlib və görüş 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Turin klubunun heyətində Manuel LoKatelli, Federico Qatti və Ueston MakKennie fərqlənib.

48-ci dəqiqədə Lloyd Kellynin qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmasından sonra “Yuventus” azlıqda oynasa da iki qol vuraraq üstünlüyünü qoruyub.

"Qalatasaray"ın qollarını əlavə vaxtda Viktor Osimhen və Barış Yılmaz vurublar.

Xatırladaq ki, "Qalatasaray" ilk oyunda "Yuventus"u 5-2 hesabı ilə məğlub edib. Beləliklə, "Qalatasaray" 1/8 finala yüksəlib.

Ümumi Çempionlar Liqası mərhələsinin sonunda Turin komandası 13 xal qazanaraq 13-cü yerdə qərarlaşıb. İstanbul klubu isə 10 xal qazanaraq 20-ci yerdədir.

Hazırkı turnirin finalı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək. Yarışın həlledici oyunu 30 may 2026-cı ildə keçiriləcək.

Chosen
36
1
90deqiqe.az

2Sources