EN

Mourinyo 12 ildir Çempionlar Liqasının pley-off oyununda qalib gələ bilmir

“Benfika”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının son 10 pley-off oyununda qalib gələ bilməyib.

İdman.Biz-in Stats Foot-a istinadən məlumatına görə, onun son qələbəsi 2014-cü ildə “Çelsi”də olub.

Bu, pley-off mərhələsində məşqçi üçün yarış tarixində ən uzun qələbəsiz seriyadır.

2025/26 Çempionlar Liqası pley-off mərhələsinin ikinci oyununda “Benfika” “Real Madrid”ə 2:1 hesabı ilə məğlub olub. İlk oyunda da Madrid klubu (1:0) qalib gəlmişdi.

Mourinyo 2025-ci ildən bəri “Benfika”ya rəhbərlik edir. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.

İdman.Biz
Chosen
32
1
idman.biz

2Sources