EN

"Qalatasaray", "Real Madrid" və PSJ 1/8 finalaÇIXDILAR

UEFA Çempionlar Liqasının pley-off mərhələsi dörd oyunla yekunlaşıb.

Redaktor.az xəbər verir ki, gecənin maraqla gözlənilən "Yuventus - "Qalatasaray" qarşılaşmasının əsas vaxtı "qoca sinyora"nın qələbəsi ilə başa çatıb - 3:0.

Tərəflər arasında ilk görüş İstanbul təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşdığına görə, iki oyunun nəticəsində hesab bərabərləşib - 5:5. "Qalatasaray" matça əlavə edilmiş hissələrdə iki dəfə fərqlənərək 1/8 final mərhələsinə çıxıb - (3:2).

"Real Madrid" - "Benfika" matçı ev sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. İlk matçda ispaniyalılar səfərdə rəqibini 0:1 hesabı ilə məğlub etdiyinə görə, "kral klubu" iki görüşün yekununda (3:1) adını 1/8 final mərhələsinə yazdırıb.

Chosen
11
1
redaktor.az

2Sources