EN

Bu şəhərdə turist vergiləri ikiqat artırıldı

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İspaniyanın Barselona şəhərində turistlərə tətbiq olunan vergi artırılıb.

“Qafqazinfo” xəbər verir ki, qərara əsasən, şəhərdə gecələyən ziyarətçilər üçün gündəlik turist vergisi 10-15 avro aralığında müəyyən edilib.

Dünyanın ən populyar turizm mərkəzlərindən biri sayılan Barselonada yeni qərar yerli hökumət tərəfindən təsdiqlənib. Məqsəd turist axınını tənzimləmək və əlverişli mənzil layihələrinin maliyyələşdirilməsinə əlavə vəsait cəlb etməkdir.

Kataloniya regional parlamenti aprel ayından etibarən Barselonadakı hotellər üçün turist vergisinin ikiqat artırılmasını nəzərdə tutan qanunu qəbul edib. Beləliklə, hotelin kateqoriyasından asılı olaraq əvvəllər gecəlik 5-7,5 avro olan vergi 10-15 avroya yüksəldilib.

Məlumata görə, dördulduzluh otellərdə turist vergisi adambaşına gecə üçün 11,4 avro, beşulduzlu hotellərdə isə 15 avro təşkil edəcək.

Kataloniya hakimiyyəti şəhərdə həddindən artıq turist sayının qısamüddətli kirayə mənzillərin artmasına və nəticədə mənzil qiymətlərinin bahalaşmasına səbəb olduğunu bildirir. Son dövrlər bu məsələ ilə bağlı şəhər sakinlərinin etirazları da intensivləşib.

Qanunun mətninə əsasən, toplanacaq vəsaitin dörddə biri şəhərdəki mənzil böhranının həllinə yönəldiləcək. Barselona artıq 2028-ci ilə qədər bütün qısamüddətli kirayə mənzillərin qadağan olunacağını açıqlayıb.

Hotel sahibləri isə vergi artımının gözlənilməz nəticələrə səbəb ola biləcəyini bildirirlər. Onların sözlərinə görə, hazırda illik təxminən 15,8 milyon turist qəbul edən Barselonada ziyarətçi sayının azalması riski var.

Yerli turizm şurasının məlumatına görə, şəhər konfrans və beynəlxalq tədbirlərə ev sahibliyi baxımından dünyada ilk dördlükdə qərarlaşıb və konfrans iştirakçıları da yeni turist vergisindən azad edilməyəcək. Barselona hotel qrupunun baş meneceri Manel Kasals verginin mərhələli şəkildə artırılması ilə bağlı təkliflərin nəzərə alınmadığını bildirib. Onun sözləri ilə desək, “Bir gün qızıl yumurtlayan qazı öldürəcəklər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
47
qafqazinfo.az

1Sources