EN

“Əl-Nəsr” böyükhesablı qələbə ilə zirvəyə yüksəldi

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Pro Liqasının 10-cu turunun təxirə salınmışoyununda Əl-Nəcmə ilə Əl-Nəsr qarşılaşıb.

Trend xəbər verirki, görüş “Əl-Nəsr”in 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqların hücumçusu Kriştianu Ronaldu hesabı açıb.Portuqaliyalı futbolçu 7-ci dəqiqədə penaltini dəqiq yerinəyetirib. Cinah oyunçusu Kinqsli Koman 31-ci dəqiqədə üstünlüyüartırıb. Birinci hissənin sonlarında müdafiəçi İniqo Martinezhesabı 3:0 edib.

İkinci hissənin 52-ci dəqiqəsində hücumçu Sadio Mane Ronaldununötürməsindən sonra dördüncü qolu vurub. 80-ci dəqiqədə isə İniqoMartinez dubl edərək yekun hesabı müəyyənləşdirib – 5:0.

Bu matçda Kriştianu Ronaldu karyerasında 965-ci qolunuvurub.

Bu qələbə ilə “Əl-Nəsr” 23 oyundan 58 xal toplayaraq turnircədvəlində birinci yerə yüksəlib. “Əl-Nəcmə” isə səkkiz xalla 18-cipillədə qərarlaşıb.

Chosen
53
az.trend.az

1Sources