EN

ABŞ-nin yeni tarif siyasəti Aİ mallarına əlavə rüsum riski yaradır

Bakı. Trend:

ABŞ administrasiyasının yeni tarif siyasəti Avropa İttifaqıölkələrindən gələn ümumi dəyəri 4,2 milyard avro (5 milyard dollar)olan malların tərəflərin ötən il razılaşdırdığı 15 faizlik həddiaşan idxal rüsumları ilə üzləşməsinə səbəb ola bilər.

Trend-inməlumatına görə, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, ABŞ-nin yeni ticarət siyasətireallaşarsa, kənd təsərrüfatı məhsullarının bir hissəsi (o cümlədənpendir və kərə yağı), plastik məmulatlar, parçalar və kimyəvimaddələr tariflər üzrə müəyyən edilmiş “tavan” həddini keçəcək.

Agentlik Avropa Komissiyasının sözçüsü Olof Cillə istinadən qeydedib ki, rüsumların yuxarı həddi Aİ ixracatının təxminən 7 faiziüçün keçilə bilər.

Bu həftənin əvvəlində Avropa Parlamenti ABŞ ilə tariflər barədəsazişin ratifikasiyasını təxirə salıb. Həmin saziş Aİ-ninbirtərəfli qaydada ABŞ-yə 15 faiz məbləğində ticarət rüsumlarıödəmək öhdəliyini təsbit edir.

Chosen
39
az.trend.az

1Sources