Santos klubunda çıxış edən Neymar diz zədəsi səbəbindən mövsümün böyük hissəsini buraxıb. Əvvəlcə onun fevralda tədricən meydanlara dönəcəyi gözlənilsə də, təcrübəli çalışdırıcı yoldaşlıq görüşlərində iştirakını zəruri saymır. Oyunçunun fiziki və texniki vəziyyəti dəyərləndirildikdən sonra, 2026-cı il dünya çempionatına aparılıb-aparılmayacağı ilə bağlı son qərarın may ayında veriləcəyi bildirilir.