EN

Ukraynaya etibar etmirəm, 800 minlik ordusu ola bilməz Orban

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Macarıstan Ukraynaya etibar etmir və Rusiya ilə münaqişə bitdikdən sonra qonşusunun 800 min nəfərlik ordu saxlamasını istəmir.

Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

O bildirib ki, bu məsələlər Avropa və Rusiya arasında yeni təhlükəsizlik müqaviləsi çərçivəsində həll olunmalıdır.

Orbanın sözlərinə görə, mövcud Avropa təhlükəsizlik sistemi dağılıb və buna görə də gec-tez AB liderləri Rusiya ilə danışıqlar masası arxasında oturmalı olacaqlar:

"Biz mütləq Rusiya-Avropa təhlükəsizlik müqaviləsi bağlamalıyıq və bu müqavilə çərçivəsində silahlı qüvvələrin səviyyəsinə məhdudiyyətlər qoymalıyıq".

Orban qeyd edib ki, bu məhdudiyyətlər Ukraynaya da şamil edilməlidir.

"Mən Macarıstanın arxasında 800 min nəfərlik Ukrayna ordusunun olmasını istəmirəm, çünki bu, bizim üçün təhlükə yarada bilər. Ukraynalılara niyə etibar etməli olduğum üçün tarixdən tək bir səbəb tapa bilmirəm. Əgər kimsə belə bir səbəb bilirsə, xahiş edirəm mənə bildirin".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
axar.az

1Sources