EN

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Almaniyaya səfər etdi

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrənümayəndəsi Xələf Xələfov fevralın 25-də Almaniya FederativRespublikasına səfər edib.

Trend xəbər verirki, X.Xələfov səfər çərçivəsində Almaniya Parlamentində (Bundestaq)və Xarici İşlər Nazirliyində görüşlər keçirib.

Görüşlərdə Azərbaycan-Almaniya ikitərəfli münasibətlərininhazırkı vəziyyəti müzakirə olunub və qarşılıqlı əməkdaşlıqfəaliyyətlərinin genişləndirilməsi imkanları barədə fikirmübadiləsi aparılıb.

Regionda davamlı sülhün bərqərar olunması, sabitliyin vətəhlükəsizliyin möhkəmlənməsi istiqamətində ölkəmizin səyləri vətəşəbbüsləri, eləcə də Azərbaycan-Ermənistan münasibətlərininnormallaşması prosesi ətrafında geniş fikir mübadiləsiaparılıb.

Tərəflər qarşılıqlı maraq doğuran digər regional və beynəlxalqməsələləri də müzakirə ediblər.

Chosen
6
7
az.trend.az

10Sources