EN

Məhkəmə Qalstyan barədə qərarını dəyişdi

Ermənistan məhkəməsi müxalifət Vətən partiyasının baş katibi Xaçik Qalstyanın məhkəməyəqədər həbs qətimkan tədbirini məhkəməyəqədər həbsdən ev dustaqlığına dəyişdirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə onun vəkili Arsen Babayan məlumat verib.

Vəkil bildirib ki, məhkəmə Xaçik Qalstyanın məhkəməyəqədər həbs müddətinin uzadılması ilə bağlı vəsatəti nəzərdən keçirdikdən sonra alternativ ev dustaqlığı tədbirinin tətbiq edilməsinə qərar verib. Xaçik iki gündən sonra evə qayıdacaq. 

Chosen
17
ucnoqta.az

1Sources