EN

Məşhur filmin nümayişinə mane olan səbəb

Yazını böyüt
Yazını kiçilt

Amerikalı film prodüseri Tom Rotman "The Town" podkastına müsahibəsində "Hörümçək adam 3: Evə yol yoxdur" filminin Çində niyə nümayiş olunmadığını açıqlayıb. Onun sözlərinə görə, Çin tərəfi filmin prokatı üçün yalnız bir şərt irəli sürüb - Azadlıq heykəli ilə bağlı səhnənin çıxarılması. Lakin filmin final hissəsi məhz ABŞ-nin bu simvolu ətrafında qurulduğundan, həmin səhnənin kəsilməsi süjetin kulminasiyasının dəyişdirilməsinə gətirib çıxarardı.

Hafta.az xəbər verir ki, "Sony Pictures" bu tələbi qəbul etməyib. Studiya rəhbəri bildirib ki, Çin Kommunist Partiyasının istəyi ilə Azadlıq heykəlinin filmdən çıxarılmasını ABŞ Konqresi qarşısında izah edə bilməz.

Qeyd edək ki, 2021-ci ildə ekranlara çıxan film dünya üzrə 1.9 milyard dollar gəlir toplasa da, Çin bazarında nümayiş olunmayıb. Hazırda franşizanın növbəti hissəsi - "Hörümçək adam 4: Tamamilə yeni gün" üzərində iş gedir. Rotman yeni filmdə oxşar vəziyyətin yaranmayacağını bildirib./"World of Reel"/

Chosen
7
1
hafta.az

2Sources