EN

Venesuelanın baş prokuroru istefa verib

Venesuelanın baş prokuroru və Nikolas Maduronun əsas müttəfiqlərindən biri olan Tarek Uilyam Saab istefa verib. O, bu vəzifəni 2017-ci ildən icra edirdi.

“Milli Assambleya bu qanunverici orqanın sədri deputat Xorxe Rodriges Qomesə ünvanlanmış məktubları alıb. Məktublardan biri vətəndaş Tarek Uilyam Saab tərəfindən imzalanıb və o, baş prokuror vəzifəsindən istefa verdiyini bildirir”, — deyə parlamentin katibi Mariya Alehandra Ernandes “Reuters”ə istinadən açıqlayıb.

Tarek Saab ilə eyni vaxtda Venesuelanın insan hüquqları üzrə ombudsmanı Alfredo Ruis Anqulo da istefa verib. Parlament baş prokuror və ombudsman vəzifələrini müvəqqəti icra edəcək şəxsləri seçəcək.

“Reuters” yazır ki, Tarek Saab həmişə Venesuela hakimiyyətinin siyasi məhbusları saxladığı iddialarını təkzib edib. ABŞ silahlı qüvvələri tərəfindən prezident Nikolas Maduronun oğurlanmasından sonra Saab siyasi məhbusların azad olunması haqqında qanunla bağlı agentliyə şərh vermişdi. O, genişmiqyaslı amnistiyanın ölkədə “tam sakitlik və sabitlik” yaradacağına ümid etdiyini bildirmişdi.

Chosen
2
banker.az

1Sources