EN

"Galatasaray" uğurunu Ərdoğana həsr elədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA Çempionlar Liqasında son 16 mərhələsinə yüksələn "Galatasaray" futbol komandasını təbrik edib.

“Unikal” xəbər verirki, UEFA Çempionlar Liqasınını pley-off mərhələsinin ilk oyununda "Juventus"u 5:2 hesabı ilə məğlub edən İstanbul təmsilçisi, cavab matçında 3:2 uduzsa da, ümumi nəticəyə əsasən adını 1/8 finala yazdırıb. 

Belə ki, matçdan sonra Ərdoğan baş məşqçi Okan Buruklə telefonla danışaraq, “Bu, ölkəmiz üçün çox böyük uğurdur” deyib. Buruk isə qələbəni prezidentin doğum gününə hədiyyə etdiklərini bildirib.

Həmçinin, Ərdoğan futbolçu Barış Alper Yılmazla da danışaraq, “53 nömrə ilə üzərinə düşəni etdin. Afərin” ifadələrini işlədib.

Qeyd edək ki, komandanın növbəti rəqibi İngiltərə klublarından “Liverpool” və ya “Tottenham Hotspur” olacaq. Püşkatma fevralın 27-də İsveçrənin Nyon şəhərində keçiriləcək.

Ayxanım Məlikova

Chosen
2
unikal.az

1Sources