EN

Mən qanımı görmüşəm düşmənin qaşığında Xocalı şeirləri

ain.az, Kulis.az portalına istinadən məlumat verir.

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsindən 33 il ötür.

Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Kulis.az Xocalı soyqırımına həsr olunan şeirləri təqdim edir.

Zəlimxan YaqubLayla, Xocalım, laylaDuz basdılar yarana,

Layla, Xocalım, layla.

Düşdün gülləbarana,

Layla, Xocalım, layla.Namərdi kim çağırdı?

Göydən ölüm yağırdı.

Dilnən demək ağırdı,

Layla, Xocalım, layla.Daş üstə daşmı qaldı,

Salamat başmı qaldı,

Gözümdə yaşmı qaldı,

Layla, Xocalım, layla.Qaçdı Novruzun tamı,

Kimdi yandıran şamı?

Yas elədin bayramı,

Layla, Xocalım, layla.Dərdin kimi acı yox,

Ağrı var, əlacı yox.

Ağlamağa bacı yox,

Layla, Xocalım, layla.Hisdi, pasdı, qurumdu,

Tüstü burum-burumdu.

Hər tərəf uçurumdu

Layla, Xocalım, layla.Bu torpağın canısan,

Selə dönmüş qanısan.

Sən kimin qurbanısan?

Layla, Xocalım, layla.Xocasan, xocan hanı?

Cavansan, qocan hanı?

Tüstülü bacan hanı?

Layla, Xocalım, layla.Çıxmağa yol olmadı,

Qucmağa qol olmadı.

Üzməyə sal qalmadı,

Layla, Xocalım, layla.Məndən küsdü soyadım,

Namərd olsun qoy adım.

Səni necə oyadım?

Layla, Xocalım, layla.Kədər düşdü payına,

Səndən çətin yayına.

Hay vermədik hayına,

Layla, Xocalım, Layla.Yara sarıyan hanı?

Haqdan yarıyan hanı?

Yurdu qoruyan hanı?

Layla, Xocalım, layla.Şuşanın ətəyi qan,

Bali qan, petəyi qan.

Düşmənin kötəyi qan,

Layla, Xocalım, layla.İtən çənim olaydı,

Bitən dənim olaydı.

Vətən mənim olaydı,

Layla, Xocalım, layla.Yatan çətin ayıla,

Çətin adam sayıla.

Heyif Şah İsmayıla,

Layla, Xocalım, layla.Dünya darmı görəsən?

Qulaq karmı görəsən?

Allah varmı görəsən?

Layla, Xocalım, layla.Fikrət QocaHər gecə XocalıdaHər gecə Xocalıda

Canım ağrıyır mənim.

Güllələnən qocaya,

Parçalanan körpəyə

Ruhum ağlayır mənim.

Hər gecə Xocalıda

Göytürklərin ruhunda

Yanıq yeri sızlayır.

Gülməyi unutmuşam,

Xocalının qisasın

Alanda güləcəyəm.

Mən öləndən sonra da

Xocalıda yenidən

Dünyaya gələcəyəm.

Bu qisası alınca,

Ölüb-diriləcəyəm

Hər gecə Xocalıda.Ələmdar QuluzadəSalam, Xocalı dərdimMən qoynunda doğuldum, sən içimə köçmüsən,

Nağıl dili olmasın, qıl körpüdən keçmisən,

Nəyinə güvənmişəm, nəyimə and içmisən?

Toyuna, bayramına bir vaxt salam verərdim –

Salam, Xocalı dərdim!Qırxqız mehi mizrabın, Qarqar qopuzun idi,

Çölün də, çınqılın da şəkərin, duzun idi,

Qoynuna qısılanda qolların uzun idi.

Sənə ana deyərdim, mənə oğul deyərdin –

Salam, Xocalı dərdim!Əlim ətəyə çatmır, əlim göylərə dəyir,

Ələyənlər ələyib əyilməzləri əyir,

Yetim uşaq görəndə yaralarım göynəyir.

Bu dərd tək mənim olsa ürəyimdə çəkərdim –

Salam, Xocalı dərdim!Qara, qərib daşı var hər əyilən xurcunun,

İstəyi gizli deyil burnumuzun ucunun,

Sağlığım istəyir axı borclu borclunun.

Sənin dərdin olmasa bəlkə çoxdan ölərdim –

Salam, Xocalı dərdim!Məni daştək kündələ, məni qum kimi yoğur,

Bu dünyanın havası məni dördəlli boğur,

Üzümə bahar doğmur, üzümə payız doğur.

Əlim əlinə dəysə ayağını öpərdim –

Salam, Xocalı dərdim!Mən qanımı görmüşəm düşmənin qaşığında,

Eşqim dəli olubdur həsrət yaraşığında,

Tonqal çatacağam mən bu dərdin işığında.

Sevincim inciməsin, mən dərdimə güvəndim –

Salam, Xocalı dərdim!Ürəyin ülkər qızı, idrakın nizəsi var,

And mənə köhnə dostdur, sözümün təzəsi var,

Sevincin sirri bəlli, dərdin möcüzəsi var;

Pencər kimi biçilib, xəncər kimi göyərdim –

Sağ ol, Xocalı dərdim!

Sağal, Xocalı dərdim!

Salam, Xocalı dərdim!Əziz MusaQanlı yaddaşXocalı tarixin qanlı yarası,

Qanla suvarılıb bu torpaq, bu yurd.

Yadlar əlindədir yurdun yarısı,

Daha o dağlarda ulamayır qurd.Hamının taleyi Allaha bağlı,

Bəs niyə haqsızın işi düz gəlir?

Allah adamının sinəsi dağlı,

Allahsız dünyada bildiyin edir.Yerdə qalacaqmı tökülən bu qan?

Bu xalqın, millətin günahı nədi?

Cəzasın alacaq günahı olan,

Dünya bilməlidi bu cinayəti.Əlibala HacızadəŞəhid yuxuma girdiO necə vəhşət idi,

O necə dəhşət idi,

O nə müsibət idi

Başıma gətirdilər.Elədilər min günah:

Yeri-göyü tutdu ah.

Zəhər qatdılar, Allah,

Aşıma, gətirdilər.Qərənfilim, danış, din,

Səni dinləmək çətin.

Toyuma gəlməliydin,

Yasıma gətirdilər.Davide Qualtieri

İtaliyalı şairXocalıŞərqdən gələn qonağın

yükü hekayət olar –

amma mən duyduqlarım…

inanmıram dünyada

belə cinayət ola…Uzaq, günəşli ölkədə

25 fevral gecəsi

qarlı kölgədə

qırdılar 613 günahsız adamı –

aman vermədilər biri də qaça

Xocalı şəhid oldu,

Xo-ca…Elə bil muncuq

üzüldü sapınnan

topasına biçdilər xocalıları –

topunan…Xocalı!

qətlinə fərman verənlər –

cani

bu zülmü görənlər –

cani!

görüb-götürənlər –

cani!

Amma göylər

götürməyəcək bu qədər qanı

and içirəm:

Tanrı canı…

Tərcümə: Qulu Ağsəs

Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın oxunuş məşqləri başladı

İslam dünyasının "intiharı" - Qəzali nəyi məhv etdi?

"Kinematoqrafiya haqqında” Qanun dəyişir

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
1
kulis.az

2Sources