Bakıda tikinti şirkətində işləyən şəxsin üzərinə elektrik barabanı düşərək ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb.
Belə ki, ərazidə yerləşən "Huner Group" MMC-də işləyən Neftçala rayon sakini 1988-ci il təvəllüdlü Ramil Əlisafa oğlu Səfərov üzərinə elektrik barabanın düşməsi nəticəsində ölüb.
Faktla bağlı araşdırmalar aparılır.