EN

Pezeşkian: “Etirazçı tələbələrlə dialoqa hazırıq” 

İran prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında öyrəncilərin keçirdikləri etirazlar fonunda hökumətin narazı tələblərlə dialoqa hazır olduğunu bildirib. Vətəninfo.az xəbər verir ki,bununla bağlı, Prezident Administrasiyasının “Telegram” kanalı məlumat yayıb.

Prezident qeyd edib ki, etirazlar sosial həyatın dinamizminin göstəricisidir və hakimiyyət öyrəncilərin tələblərinə cavab verməyə hazırdır. Onun sözlərinə görə, dövlət rəsmiləri universitetlərə baş çəkməli və tələbələrlə birbaşa ünsiyyət qurmalıdır.

“Bizim məsuliyyətimiz etirazçıları dinləmək və onların problem və çətinliklərini həll etmək üçün tədbirlər görməkdir”, – deyə, Pezeşkian vurğulayıb.

Son günlər İran universitetlərində etiraz aksiyaları genişlənib. Prezidentin bu açıqlaması isə artan narazılıqlar fonunda hökumətin mövqeyində yumşalma mesajı kimi dəyərləndirilir.

Chosen
25
veteninfo.az

1Sources