EN

İraqdakı şiə hərəkatları ABŞ-a xəbərdarlıq edib

İraqda fəaliyyət göstərən və “Müqavimət Oxları” adlandırılan şiə hərəkatları ABŞ-ı ölkənin hava məkanını pozmaqda və qoşunların çıxarılması prosesini gecikdirməkdə ittiham edərək Vaşinqtona xəbərdarlıq ediblər.

Hərəkatların yaydığı bəyanatda bildirilir ki, ABŞ İraqın daxili işlərinə müdaxiləni davam etdirir. Qeyd olunur ki, amerikalı hərbçilər döyüş təyyarələri və pilotsuz uçuş aparatlarından istifadə etməklə ölkənin hava məkanını mütəmadi şəkildə pozurlar.

Şiə qrupları hesab edir ki, ABŞ İraq hökuməti ilə əldə olunmuş və bütün xarici qoşunların ölkədən çıxarılmasını nəzərdə tutan razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.

Bəyanatda vurğulanır ki, əgər Vaşinqton İraqdakı hərbi mövcudluğunu qoruyub saxlamaqda davam edərsə, şiə hərəkatları bunu “işğal” kimi qiymətləndirəcək və “İraq xalqının işğala son qoymaq kimi qanuni hüququ çərçivəsində” mövqe tutacaqlar.

Məsələ ilə bağlı rəsmi İraq və ABŞ qurumlarının mövqeyi hələlik açıqlanmayıb.

Chosen
13
veteninfo.az

1Sources