EN

Elektron siqaretlər orqanların sıradan çıxmasına səbəb olur – Yeni ARAŞDIRMA

Veyp çəkmək orqanların sıradan çıxmasına səbəb olur.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər beynəlxalq araşdırmaların nəticələrinə istinadən məlumat yayıb.

Aparılan yeni tədqiqatlar veyp (elektron siqaret) istifadəsinin insan sağlamlığı üçün gözləniləndən daha təhlükəli olduğunu üzə çıxarıb.

Məlum olub ki, veyp istifadəçilərində ciddi infeksiyaların və ağciyərlərin xroniki obstruktiv xəstəliyinin (AXOX) inkişaf riski 50% daha yüksəkdir. Bu xəstəlik isə nəticədə daxili orqanların sıradan çıxmasına və funksiyasını itirməsinə səbəb olur.

Mütəxəssislərin rəyinə görə, belə bir diaqnoz qoyulan şəxslər adətən 10 ildən çox yaşamırlar.

Müntəzəm olaraq elektron siqaretlərdən istifadə etmək ağciyərlərin immun müdafiəsini zəiflədir, ciddi infeksiya riskini artırır, diş əti və dişlərin vəziyyətini pisləşdirir, həmçinin tənəffüs yollarında kəskin iltihabi proseslərə yol açır.

Ekspertlər vurğulayırlar ki, veyplər ənənəvi siqaretlər qədər zərərlidir. Bu səbəbdən sağlamlığı qorumaq üçün tütünün və nikotin tərkibli vasitələrin hər hansı növündən imtina etmək tövsiyə olunur.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
9
interpress.az

1Sources