EN

"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib

Daşkənd. Trend:

“Uzbekneftegaz” ASC və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)nümayəndələri Buxara neft emalı zavodunun səmərəliliyininartırılmasına yönəlmiş əməkdaşlığın genişləndirilməsini müzakirəediblər.

Trend bu barədə“Uzbekneftegaz” ASC-yə istinadən xəbər verir.

Əməkdaşlıq məsələləri “Uzbekneftegaz” ASC-nin idarə heyətininsədri Abduqani Sanginovun SOCAR-ın törəmə strukturları – “SOCARTrading” və “SOCAR Downstream Management” rəhbərliyi ilə görüşüzamanı nəzərdən keçirilib.

Tərəflər müasir əməliyyat həllərinin tətbiqi, istehsalproseslərinin rəqəmsallaşdırılması, eləcə də müəssisənin enerjisəmərəliliyinin artırılması ilə bağlı təklifləri müzakirə ediblər.Zavodun modernləşdirilməsi üzrə texniki auditin keçirilməsi vəpraktik tövsiyələrin hazırlanması imkanlarına ayrıca diqqətyetirilib.

Qeyd olunub ki, dövlət başçıları səviyyəsində dəstəklənənÖzbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlıq davamlışəkildə möhkəmlənir və bu, neft-qaz sektorunda əməkdaşlığıngenişləndirilməsi üçün əlavə imkanlar yaradır.

Görüşün yekunlarına əsasən, tərəflər praktiki əməkdaşlığın davametdirilməsi barədə razılığa gəliblər. Həmçinin texniki təhlilinaparılması və növbəti addımlarla bağlı konkret təkliflərinhazırlanması məqsədilə Azərbaycan tərəfinin işçi qrupunun Buxaraneft emalı zavoduna səfərinin təşkili barədə razılıq əldəolunub.

Xatırladaq ki, 2024-cü ilin avqust ayında “Uzbekneftegaz” vəSOCAR karbohidrogen sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.Bu saziş Üstyurt platosunda geoloji tədqiqatlara, o cümlədənseysmik kəşfiyyat işlərinə və karbohidrogen hasilatına hazırlıqprosesinə start verib.

Bundan əlavə, 24 iyul 2025-ci il tarixində tərəflər məhsulun paybölgüsü haqqında saziş (PSA) imzalayıblar. Saziş yaxın 25 ilərzində Özbəkistanın daxili neft tələbatının tam təmin edilməsininəzərdə tutur. Hasil edilən qaz da daxili bazara yönəldiləcək vəölkə sənayesinin əlçatan və keyfiyyətli neft məhsulları ilə təminolunmasına xidmət edəcək.

Məqalədə:
Chosen
12
3
az.trend.az

4Sources