EN

ABŞ-də Epşteyn dalğası davam edir - Keçmiş Maliyyə naziri istefa verir

Keçmiş ABŞ Maliyyə naziri Larry Summers Harvard Universitetindəki akademik və idarəçilik vəzifələrindən istefa vermək qərarına gəlib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-li cinsi istismar cinayətkarı Ceffri Epşteyn ilə əlaqəli şəbəkənin bir başqa məşhur şəxsi də vəzifəsindən getməyə məcbur qalıb. Keçmiş ABŞ Maliyyə naziri Larry Summers həbsdə olduğu zaman ölü tapılan Epşteyn ilə əlaqələrinin üzə çıxmasından sonra Harvard Universitetindəki akademik və idarəetmə vəzifələrindən istefa vermək qərarını alıb.

Summers bu barədə açıqlama verərək, "Bu akademik ilin sonunda Harvarddan təqaüdə çıxacağam," - deyərək, "50 il əvvəl magistratura tələbəsi olaraq gəldiyim Harvardda dərs verdiyim minlərlə tələbə və həmkarıma minnətdaram," - ifadələrini işlədib.

Summers, "Rəsmi vəzifələrim olmadan, təqaüdçü professor olaraq müxtəlif qlobal iqtisadi məsələlər üzərində araşdırmalar aparmağı, analizlər etməyi və şərhlər verməyi səbirsizliklə gözləyirəm," - deyə əlavə edib.

Chosen
13
manset.az

1Sources