May ayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində Azərbaycan Prezidentinin iştirakı nəzərdə tutulmur.
Newscenter.az xəbər verir ki, "Report"un məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə deyib.
Nazir qeyd edib ki, bu tədbirdə ölkələri yalnız dövlət başçıları təmsil edirlər və digər rəsmi şəxslər onları həmin tədbirlərdə əvəz etmirlər.
"Məndə olan məlumata görə, Prezident İlham Əliyevin may ayında Ermənistana səfəri nəzərdə tutulmayıb", - XİN başçısı qeyd edib.