EN

İrəvandan etiraf: Bunu ancaq Türkiyə bacarar

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İrəvan ilə böyük bir erməni diasporunun yerləşdiyi Los-Anceles arasında birbaşa hava yolunun yaradılması gündəmdədir. İrəvandakı müzakirələr göstərir ki, planlaşdırılan marşrut həm kommersiya, həm də siyasi baxımdan müsbət nəticələr verə bilər. Ermənistandan ABŞ-a birabaşa avireysinin “Türk Hava Yolları”nın keçirəcəyi barədə verilən açıqlama İrəvanda ciddi rezonansa səbəb olub. 

Ölkə.az xəbər verir ki,  bununla bağlı  yerli erməni mediasına açıqlama verən Ermənistan Turizm Komitəsinin rəhbəri Lusine Gevorqyannın sözlərinə görə, İrəvan-Los-Anceles birbaşa aviareysinin həyata keçirilməsi üçün Türk Hava Yolları ilə danışıqların davam etdiyini təsdiqləyib. “Məndən daim İrəvandan Los-Ancelesə birbaşa uçuşların olub-olmayacağı soruşulur. Yalnız Türk Hava Yollarının uzun məsafəli marşrutlar üzrə uçuşlar həyata keçirmək imkanı var. Onların cavabının nə olacağını deyə bilmərəm, amma dünyanın üçüncü ən böyük aviaşirkəti olaraq, onlar İrəvan- Los-Anceles arasında birbaşa əlaqə qura bilərlər", - Gevorqyan qeyd edib. 

Qeyd edək ki, Türk Hava Yolları mart ayında İstanbul-İrəvan arasında birbaşa uçuşlara başlayacaq. Gündəlik uçuşlar 11 martdan etibarən planlaşdırılır. Həftəlik uçuşların sayı 14 maydan sonra 10-a, 15 iyundan isə 14-ə çatdırılacaq.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
2
olke.az

3Sources