EN

Biləsuvarda 22 yaşlı oğlan bıçaqlanıb, 2 iş yoldaşı tutulub

Biləsuvarda gənclər arasında yaranan mübahisə bıcaqlanma ilə nəticələnib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Bəydili kəndində olub. Cəbrayıl rayonu sakini 2004- cü il təvəllüdlü Fərid Həziyevin iş yoldaşları tərəfindən bıcalandığı bildirilir.
Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılan F. Həziyev əməliyyat olunub, reanimasiyaya yerləşdirilib.

Əməli törətmək şübhəli bilinən 35 yaşlı Tural Əmirxanov və 26 yaşlı Əli Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Qeyd edək ki, adı çəkilən şəxslər, rayonda tikilməkdə olan Günəş elektrik stansiyasının tikintisində çalışırlar.

Faktla bağlı araşdırma aparılır.

Chosen
12
2
apa.az

10Sources