EN

Orbanın “şeytan kəməri”

Avropa İttifaqı (Aİ) Macarıstanın Baş naziri Viktor Orbana Ukraynaya maliyyələşdirməni bloklamayacağı təqdirdə, "Drujba" neft kəməri vasitəsilə tədarükü bərpa edəcəyinə söz verəcək.

Publika.az xəbər verir ki, bu barədə "Politico" mənbələrinə istinadən məlumat yayıb.

“Orbanın öz “şeytan kəməri” olacaq. “Drujba” hekayəsi tamamilə ağlasığmazdır, amma onun seçki kampaniyasında qələbəyə ehtiyacı var”, - deyə AB-Macarıstan danışıqları ilə tanış olan bir diplomat bildirib.

Nəşr qeyd edir ki, Avropa İttifaqı Kiyevin yaxınlaşan nağd pul çatışmazlığı və Orbanın seçki kampaniyası zamanı Brüssellə hüquqi qarşıdurmadan sui-istifadə edə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən çətin vəziyyətə düşüb.

Chosen
21
publika.az

1Sources