Bakıda 68 yaşlı kişi küçədə yıxılaraq ölüb.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal ərazisində baş verib.
Bakı şəhər sakini - 1958-ci il təvəllüdlü Qüdrət İsmət oğlu Hüseynov rayonun A.Məlikov küçəsində piyada hərəkət edərkən ehtiyatsızlıqdan yıxılıb. Baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilən Q.Hüseynov orada ölüb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.