EN

ABŞ-da 1,8 minə yaxın şirkət rüsumlarla bağlı hökumətdən kompensasiya tələb edir

ABŞ-da təxminən 1,8 min şirkət Beynəlxalq Ticarət Məhkəməsinə müraciət edərək ötən il tətbiq olunmuş idxal rüsumları səbəbindən dəymiş zərərin ödənilməsini tələb edir. Söhbət ABŞ prezidenti Donald Trump tərəfindən tətbiq edilən tariflərdən gedir.

“İki sahil” xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti məlumat yayıb.

Bir çox şirkət iddialarını 20 fevral tarixində Ali Məhkəmənin həmin rüsumları qanunsuz hesab etməsindən sonra təqdim edib. Məhkəmə qərara alıb ki, belə tarifləri yalnız Konqres müəyyən edə bilər və prezident fövqəladə səlahiyyətlər haqqında qanuna əsaslanaraq onları tətbiq etmək hüququna malik deyil.

Məhkəməyə müraciət edən korporasiyalar arasında logistika şirkəti FedEx, kitab mağazaları şəbəkəsi Barnes & Noble və anbar tipli mağazalar şəbəkəsi Costco Wholesale da var. Qəzetin məlumatına görə, iddiaların əksəriyyəti Ali Məhkəmənin qərarından əvvəl qaldırılıb.

WSJ tətbiq olunan rüsumların qüvvədə olduğu on ay ərzində iqtisadi təsirini minimum 130 milyard dollar səviyyəsində qiymətləndirir.

Chosen
3
ikisahil.az

1Sources