EN

BNMİ-dən əməliyyat: 51 kiloqram narkotik vasitə aşkarlanıb (VİDEO)

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizəİdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuzdövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti tədbirzamanı əvvəllər güclü təsiredici xassəyə malik psixotrop maddələrinsatışını təşkil etdiyinə görə məhkum olunmuş Fuad Həsənovsaxlanılıb.

Bildirilib ki, onun idarə etdiyi avtomobil və paytaxt ərazisindəgizlətdiyi yerdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 51kiloqram 555 qram marixuana və 2999 ədəd metadon həbi aşkarlanıb.İlkin sorğu zamanı həmin şəxsin narkotikləri İran vətəndaşınıntapşırığı ilə deyilən ünvanlara yerləşdirməyi planlaşdırdığı məlumolub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsindəməhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Chosen
12
34
az.trend.az

10Sources