EN

Arda Güler “Real”da 100-cü oyununi keçirdi

“Real”ın futbolçusu Arda Güler Madrid təmsilçisinin heyətində yubiley matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” ilə cavab oyunu 21 yaşlı yarımmüdafiəçi üçün əlamətdar olub.

O, “Real” forması ilə 100-cü matçını keçirib və yubileyini ad günündə qeyd edib.

Klub prezidenti Florentino Perez Ardaya üzərində “100” yazılmış xatirə formasını futbolçuya təqdim edib.

Qeyd edək ki, Arda 2023-cü ildən “Real”da çıxış edir və komanda ilə Çempionlar Liqası, Klublararası Dünya Kuboku, UEFA Superkuboku, La Liqa və İspaniya Superkubokunu qazanıb.

Chosen
2
1
idmanxeber.az

4Sources