Türkiyənin müdafiə və aerokosmik şirkəti "Baykar"ın 46 yaşlı həmtəsisçisi və sədri Selçuk Bayraktar 2,7 milyard dollarlıq sərvəti ilə ölkəsinin ən zəngin ikinci şəxsi olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, bununla da "Forbes"in Milyarderlər siyahısında yer alıb.
Selçukun qardaşı,"Baykar"ın baş direktoru Haluk Baykatar da siyahıdadır. Onun xalis 2,4 milyard dollarlıq sərvəti var.
Qeyd edək ki, "Baykar" Türkiyənin aparıcı müdafiə ixracatçılarından birinə çevrilib. Şirkətin dronlarından Türkiyə ordusu və bir neçə beynəlxalq tərəfdaş istifadə edir. Selçuk Bayraktar şirkətin 52,5%-nə sahibdir.
Gülayə Mecid