EN

Sevgilisi ilə birlikdə ərini öldürdü Məhkəmə işi

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasova və Zahir Soltanov cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası baş tutub.

"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Aygün Abbasova dindirilib. 

Təqsirləndirilən şəxsin anası Leyla Abbasova isə yaxın qohum olduğu üçün məhkəmədə ifadə verməkdən imtina edib.

Məhkəmə onun ibtidai istintaqda verdiyi ifadəni elan edib. 

Şahid Natiq Allahverdiyevin sözlərinə görə, öldürülən şəxslə iş yoldaşı olub:

"Təqsirləndirlilən şəxslə mərhum arasında hər hansı problemin olduğunu bilmirdim. Mərhumla hər gün demək olar ki, bir yerdə vaxt keçirirdik. Lakin o son günlər özündə deyildi. Yoldaşı ilə problemlərin olmasını əsas gətirirdi. Sonradan ona zəng etsəm də cavab vermirdi. Onun ölümünü digər yoldaşdan eşitdim". 

Mərhumun bacısı Kəmalə Məmmədovanın İbtidai istintaqda şahid qismində verdiyi ifadə elan edilib. O, bildirib ki, mərhum qardaşı İkramla təqsirləndirilən şəxs olan Leyla ilə aralarında qısqanclıq zəminində münasibətləri korlanmışdı:

"Leyla Abbasova bizə yığdı ki, İkram bıçaqlanıb və təcili rayondan gələk. Qardaşımın qətlə yetirilməsində ondan şübhələndim" . 

Daha sonra təqsirləndirilən şəxs Zahir Soltanov mərhumun ailəsindən üzrxahlıq edib:

"Etdiyim əməldən peşmanam". 

Məhkəmənin növbəti iclası martın 12-nə təyin edilib. 

Xatırladaq ki, 2025-ci il avqustun 9-da DİN 29 yaşlı İkram Piriyevin Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Zahir Soltanov və Leyla Abbasova 15-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübəhli şəxs qismində saxlanılıblar.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
1
unikal.az

10Sources