Milli.Az xəbər verir ki, onun fikrincə, abituriyentlərin topladığı maksimum 700 bala əlavə olaraq məktəbdə göstərdikləri nəticələri əks etdirən performans balı da nəzərə alına bilər.Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi isə bu təşəbbüsə tənqidi yanaşıb. O bildirib ki, belə bir dəyişiklik hazırkı şəraitdə müəyyən qarışıqlığa səbəb ola bilər.Ekspertin sözlərinə görə, cəmiyyət hələ məktəbin verdiyi rəy və ya tövsiyə məktubu mexanizminə tam hazır deyil. Bu isə müxtəlif yollarla həmin rəyi əldə etməyə çalışmaq kimi arzuolunmaz hallara yol aça bilər. Buna görə də o hesab edir ki, indiki mərhələdə belə bir addım məqsədəuyğun deyil.Elçin Əfəndi əlavə edib ki, əgər qəbul sistemində yenilik planlaşdırılırsa, daha uyğun variant imtahanda olan fənlərin sayının azaldılması ola bilər. Onun fikrincə, gələcəkdə daha şəffaf və etibarlı mexanizm formalaşarsa, o zaman xarici ölkələrdə tətbiq olunan tövsiyə məktubu praktikası müsbət meyar kimi nəzərdən keçirilə bilər. Hazırkı vəziyyətdə isə buna ciddi ehtiyac görünmür. Məsələ ilə bağlı DİM-dən bildirildi ki, ali məktəblərə qəbul prosesi Nazirlər Kabinetinin qərarına əsasən həyata keçirilir.