EN

22 yaşlı oğlan iş yoldaşları tərəfindən bıçaqlandı

Biləsuvarda gənclər arasında yaranan mübahisə bıcaqlanma ilə nəticələnib.

Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndində baş verib.

Cəbrayıl rayon sakini 2004-cü il təvəllüdlü Fərid Həziyevin iş yoldaşları tərəfindən bıçaqlandığı bildirilir.

Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılan F. Həziyev əməliyyat olunub, reanimasiyaya yerləşdirilib.

Əməli törətmək şübhəli bilinən 35 yaşlı Tural Əmirxanov və 26 yaşlı Əli Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Chosen
2
16
publika.az

10Sources