Şəmkir rayonunun Hacıalılar kəndində 21-ci əsrdə belə əhali hələ də evlərinə su çatdırmaq üçün böyük çətinliklərlə üzləşir.
“Yeni Sabah” xəbər verir ki, kənd sakinləri, xüsusilə qadınlar bulaqlardan su bidonlarını dolduraraq eşşəklərə yükləyib palçıqlı yollarla evlərinə daşıyırlar.
2026-cı il olmasına baxmayaraq, kənddə mərkəzləşdirilmiş su sistemi yoxdur və əhali gündəlik ehtiyaclarını bu üsulla təmin etməli olur. Fevral ayı, qışın soyuq günlərində bu vəziyyət kənd sakinləri üçün daha da çətinləşir.
Hadisə yerində çəkilən görüntülər fotoqraf İlham Mustafayev tərəfindən lentə alınıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız