Sumqayıt şəhərində 8 aylıq hamilə xəstəxanada həyatını itirib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında (TTYX) qeydə alınıb.
32 həftəlik hamilə olan 1996-cı il təvəllüdlü Ayşa Əfəndi qızı Andriaşvili komatoz vəziyyətdə Sumqayıt şəhər TTYX-a çatdırılıb.
O, tibb müəssisəsində qəflətən ölüb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.(Report)
"Cebheinfo.az"